Azərbaycanda ilk biznes otel işə başlayıb


11.03.2016


Azərbaycanda ilk dəfə olaraq biznes sektor təmsilçiləri üçün otel işə başlayıb. "Homebridge" oteli Xəzərin sahilində Bakının Şıxov ərazisində yerləşib. Otelin sakinləri Xəzər dənizinin gözəl mənzərəsini, eləcə də «Neft Bakısı»-nın simvolu olan tarixi neft platformasını seyr etmək imkanına sahibdirlər. 

Mehmanxana kompleksinə müasir arxitektura stilində Britaniya memarlarının layihəsi əsasında inşa olunmuş 5 mərtəbəli otel binası daxildir. Burada yüksək səviyyəli şərait yaradılmış 65 apartament var. İndividual dizayna malik apartamentlərin hamısı dəniz mənzərəlidir. 

Daha ətraflı