"Office-One" şirkəti mükafat qazandı


28.04.2014


“Bridge Group of Companies”-ə daxil olan “Office-One” şirkəti “Sahənin lideri. Dəftərxana ləvazimatları və promo-çəhsullar” nominasiyasında "Ugur-2014" mükafatına layiq görüldü.

2014-cü ilin yekununa görə milli iqtisadiyyatın möhkəmlənməsi və inkişafında mühüm rol oynamış 21 şirkət və bir TOP-menecer "Ugur-2014" Milli Mükafatının laureatı oldu. Təltifetmə mərasimi "Rixos Samaxi Palace"-da aprelin 24-ü keçirilmişdir.

Laureatların təltifetmə mərasimində çıxış etmiş "Office-One" şirkətinin direktoru Sənan Hüseynzadə tədbirin təşkilatçılarına öz minnətdarlığını bildirib ölkədə promo-sənayəsinin inkişafı perspektivləri barəsində danışdı.

Şirkətin direktoru dedi ki, "2014-cü ildə “Office-One” şirkəti mühüm nailiyyətlər əldə edib. Səmərəli kadr siyasəti və şirkətin uğurlu fəaliyyətini müəyyənləşdirən biznes strategiyası nəticəsində satışın həcmi 3 dəfə artıb. “Office-One” bir hissəsi olduğu “Bridge Group of Companies” şirkətinin köməyi və dəstəyi nəticəsində müştəri bazasını daha da inkişaf etdirməyə nail olub. BP şirkətinin eksklüziv tədarükçüsü statusu qazanan “Office-One” CRA qrupuna daxil olan şirkətlərin çoxunu öz müştəri partfelinə cəlb edib."

 

Məlumat:

“Office-One” şirkəti 2008-ci ildə təsis olunub. Şirkət Azərbaycanda dövlət strukturlarına, təşkilat və kompaniyalara tanınmış ticarət nişanlarının məhsullarını təqdim edir. Dəftərxana ləvazimatlarından başqa, “Office-One” istənilən səviyyədə hədiyyələrin hazırlanması üçün kreativ ideyalar və layihələr, həmçinin reklam layihələrinin hazırlanmasını da təqdim edir.