“Novus” şirkəti mükafat qazandı


28.04.2014


“Novus Technologies” şirkəti «IT-infrastrukturunda peşəkar həllər» nominasiyasında "Ugur-2014" mükafatına layiq görüldü.

2014-cü ilin yekununa görə milli iqtisadiyyatın möhkəmlənməsi və inkişafında mühüm rol oynamış 21 şirkət və bir TOP-menecer "Ugur-2014" Milli Mükafatının laureatı oldu. Təltifetmə mərasimi "Rixos Samaxi Palace"-da aprelin 24-ü keçirilmişdir.

 
Məlumat:
 
"Bridge Group of Companies"-ə daxil olan "Novus Technologies" şirkəti 2012-ci ilin oktyabrında Azərbaycanın qabaqcıl Network-mühəndisləri və proqramçıları tərəfindən yaradılıb. Şirkət korporativ sektorda müştərilərə internet, həmçinin Soft və Web proqramlaşdırma və IT-support xidmətlərinin göstərilməsini təklif edir. Hazırda şirkətin portfelinə Samsung, ABB, Weatherford, Pepsico, AzTexnika, AzRe, Ferrari, Idea, SOCAR, Qatar Airways kimi şirkətlərlə eksklüziv müqavilələr daxildir.