Breyn Rinq intellektual oyununda Homebridge komandasının debütu


28.07.2016


Biz hər zaman yüksək intellekt və geniş dünya görüşünə dəyər veririk. Məhz buna görə də ölkənin ən maraqlı intellektual verilişinə Homebridge komandası da qatıldı.

Breyn Rinq - AzTV kanalında 2013-cü ildən yayımlanan intellektual oyunudur. Bu günə kimi artıq yeddi mövsüm oynanılıb. Veriliş ölkəmizin müxtəlif region və universitetlərini təmsil edən 35-dən çox komandanı birləşdirir.

Homebridge komandası verilişə yaxınlarda qoşulsa belə artıq həm oyunçular, həm verilişin izləyicilərinin simpatiyasını qazanmışdır. Altı təcrübəli oyunçudan ibarət olan komanda altı verilişdə çıxış edib on qələbə qazanmışdır. Komandanı (soldan sağa) Lacivərd Məmmədova, Könül Məmmədova, Aygül Səlimova, Aysu İbrahimli, İnarə Mustafayeva və komandanın kapitanı Leyla Ağazadə təmsil edirlər.

Breyn Rinqin səkkizinci mövsümünün çəkilişləri 2016-cı il avqustun axırında keçirilir, yayımı isə payız və qışa planlaşdırılmışdır.

Homebridge komandasına yeni mövsümdə daha da böyük müvəffəqiyyətlər arzu edirik! Keçmiş mövsümün oyunlarına isə YouTube-da baxmaq olar.