KSM


“Bridge Group of Companies”-in korporativ reputasiyanın formalaşmasında ilkin şərtlərdən biri sosial məsuliyyətdir. Qrupun siyasəti Bridge ailəsinin hər bir üzvünü cəmiyyət qarşısında olan sosial məsuliyyətini dərk etməyə və Qrupun reputasiyasına qayğı ilə yanaşmağa çağırır.

Hər bir əməkdaşın nümunəvi sosial davranışının təmini maliyyə effektivliyi və kommersiya uğuru kimi Qrupun siyasətinin ayrılmaz hissəsidir.

Biz əminik ki, harmoniya və cəmiyyətin inkişafı müvəffəqiyyətli və gəlirli layihələr kimi qrupun işinin nəticəsi olmalıdır.