Biz kimik


“Bridge Group of Companies”-ə daxil olan şirkətlər müxtəlif sahələr üzrə ixtisaslaşırlar. Belə ki, bu şirkətlər idarəçilik, tikinti, mehmanxana xidməti və restoran biznesi, habelə IT dəstək, peşəkar audio avadanlığın satışı, yüklərin saxlanması və ambar xidmətləri üzrə 17 illik təcrübəyə malikdirlər.

Biz effektivlik naminə çalışırıq, müstəqil biznes strukturlar olan törəmə şirkətlər isə Qrupun ümumi strategiyasına uyğun fəaliyyət göstərirlər.

Konstruktiv yanaşma hər bir biznes strukturun ayrı-ayrılıqda davamlı inkişafına xidmət göstərir. "Bridge Group of Companies"-in formalaşması – vahid qanad altında birləşmiş müxtəlif növ şirkətlərin inkişafının məntiqi davamıdır.

Müxtəlif istiqamətli biznes strukturların tam hüquqlu sahibi olan Qrup, həmçinin idarətmə konsaltinqi üzrə xidmətlər də göstərməkdədir. Tərəfdaş şirkətlər üçün müvafiq biznes konsaltinq xidməti inkişaf səviyyəsini qoruyub saxlamaq üçün geniş imkanlar yaradır. Bu sahədə biz dünya səviyyəli treninq mərkəzləri ilə əməkdaşlıq edirik. Bizim kadr potensialımız və güclü menecerlər komandası həm kiçik, həm də iri sahibkarların biznesini qaldırmağa imkan verir.