Homebridge Hotel Apartments


Homebridge otel apartamentləri Bakı şəhərinin Şıxov ərazisində yerləşmişdir. Kompleks sakinləri Xəzər dənizinin gözəl mənzərəsini seyr etmək imkanına sahibdirlər. 

Mehmanxana kompleksinə müasir arxitektura stilində inşa olunmuş və tikintisində aparıcı Avropa istehsalçılarının üzləmə materiallarından istifadə olunmuş 5 mərtəbəli otel binası daxildir.

Lyuks səviyyəli olan 65 otaqlar individual dizayna malikdirlər.

Otel kompleksi biznes və istirahət üçün aşağıdakı xidmətləri təklif edir:

  • Restoran, Kafe
  • Oyun otağı və TV launj
  • Camaşırxana
  • SPA / Sauna
  • Müşavirə otaqları və biznes-mərkəzi
  • Fitnes və ağır atletika üçün hər cürə avadanlıqla təmin olunmuş məşq zalı
  • Otel kompleksinə aid sahədə, çoxillik şam ağacları əhatəsində, açıq səma altında istirahət zonası mövcuddur