Seven Rooms Boutique Hotel


“Seven Rooms” butik otel İçəri Şəhərin mərkəzində olan köhnə küçələrdən birində yerləşir. Otelin şəhərin mərkəzində yerləşməsi tarixi-mədəniyyət abidələrinə, əyləncə obyektlərinə, həmçinin biznes mərkəzlərinə yaxın olmasına şərait yaradır. Butik otel Karvansaray, Şirvanşahlar sarayı və Qız qalası kimi məşhur memarlıq abidələrinin yaxınlığında yerləşir. Pulsuz WiFi daim qonaqların xidmətindədir. Otaqlar müasir havalandırma sistemi ilə təchiz olunub. Qonaqlara əlavə ödəniş müqabilində transfer xidmətləri də göstərilir.

Bütün otaqlar klassik stildə süslənmiş, hər bir otaqda TV və mini-soyuducu vardır. Otelin vanna otağında qonaqlar üçün fen, hamam xələti və tərlik mövcuddur.  

Seven Rooms butik otelində hər səhər ləziz və doyumlu səhər yeməyi verilir.