Office-One


“Office-One” şirkəti 2008-ci ildə təsis olunub. Şirkət Azərbaycanda dövlət strukturlarına, təşkilat və kompaniyalara tanınmış ticarət nişanlarının məhsullarını təqdim edir. Təqdim olunan məhsullar keyfiyyət yoxlamasından keçirilir.


Dəftərxana ləvazimatlarından başqa, “Office-One” istənilən səviyyədə hədiyyələrin hazırlanması üçün kreativ ideyalar və layihələr, həmçinin reklam layihələrinin hazırlanmasını da təqdim edir.

2014-cü ildə “Office-One” şirkəti mühüm nailiyyətlər əldə edib. Səmərəli kadr siyasəti və şirkətin uğurlu fəaliyyətini müəyyənləşdirən biznes strategiyası nəticəsində satışın həcmi 3 dəfə artıb. “Office-One” bir hissəsi olduğu “Bridge Group of Companies” şirkətinin köməyi və dəstəyi nəticəsində müştəri bazasını daha da inkişaf etdirməyə nail olub. BP şirkətinin eksklüziv tədarükçüsü statusu qazanan “Office-One” CRA qrupuna daxil olan şirkətlərin çoxunu öz müştəri partfelinə cəlb edib.

Şirkət tanınmış dünya dəftərxana və promo məhsul brendləri ilə qarşılıqlı, səmərəli əməkdaşlıq quraraq, onların yerli bazara marağının artmasına nail olub. “Office-One” – bu, mütəxəssislərdən ibarət, dəftərxana məhsulları və reklam sənayesi bazarına peşəkar reaksiyası ilə seçilən, istənilən hallarda sizin köməkçiniz olmağa hazır olan gənc bir komandadır. Bizim missiyamız bazarın tələblərinə cəld və keyfiyyətlə cavab verməkdir.

Şirkətin məqsədi milli brendə çevrilərək, beynəlxalq nüfuz qazanmaqdır. Perspektivdə  beynəlxalq bazarlara ixracı yüksəltmək və yerli bazarda imkanları artırmaq hədəfləri qoyulub.

Əlaqə:

Bridge Plaza, 4-cü mərtəbə
Bakıxanov küç. 24
Bakı, Azərbaycan
+994 012 404 50 00
sales1@office1.az
www.office1.az