Red Roof


“Red Roof” oteli öz fəaliyyətinə 2002-ci ildən başlamışdır. Pəncərələri Bakı bulvarının gözəl mənzərəsinə açılan oteldə 19 geniş və rahat otaq vardır. “Red Roof” otelinə Heydər Əliyev adına beynəlxalq Hava limanından 45 dəqiqəyə çatmaq mümkündür. Otel şəhərimizin ən sakit ərazisində yerləşir, buradan Bulvara və Fəvvarələr meydanına aparan yolu 10 dəqiqəyə qət etmək mümkündür.

Otel kompleksi biznes və istirahət üçün aşağıdakı xidmətləri təklif edir:

  • Səhər yeməyi (ənənəvi İngilis menyusu);
  • Yüksək sürətli internet;
  • Bilyard otağı;
  • Sauna və hovuz kompleksi;
  • Tədbirlərin keçirilməsi üçün nəzərdə tutulmuş terras;
  • Açıq hovuz;
  • Məşq zalı;
  • 24 saat mühafizə sistemi.