PGS Construction


“Bridge Group of Companies”ə daxil olan "PGS" şirkəti 2012-ci ildə yaradılmışdır. Şirkət fasad sistemləri, aluminium qapı və pəncərələrin quraşdırılması, qranit və kirəmit fasad örtüyünün quraşdırılması üzrə peşəkar xidmətlər göstərir.   

PGS şirkəti tikinti bazarında özünü etibarlı və keyfiyyətli istehsalçı və təchizatçı qismində tanıtmışdır. Şirkətin təqdim etdiyi materiallar Türkiyə, Rusiya, Almaniya, ABŞ, Belçika və s. ölkələrdə istehsal və idxal olunur. 

Fasadın şüşə ilə örtülməsi mürəkkəb texnoloji proses olmaqla yanaşı binanın xarici görünüşünün şəhərin arxitektura qaydalarına uyğun dəyişdirilməsində az məsrəfli üsuldur.

Müasir arxitektura ideyaları şüşə, aluminium kimi materiallardan istifadəni tələb edir. Bu dünya şöhrətli müasir arxitektura nümünələrinin timsalında görünür. Çünki insanlar binaya qiymət verərkən ilk öncə onun xarici görünüşünə nəzər yetirirlər. Buna görə də ən çətin dizayn həlləri belə fasadın şüşələnməsi ilə həyata keçirilə bilər.