"Breyn Rinq" ilk dəfə 18 may 1990-cı ildə SSRİ Mərkəzi Televiziyasının 1-ci proqramında efirə getmiş intellektual teleoyundur. 7 aprel 2013-cü ildən 24 iyun 2018-ci ilədək lisenziya əsasında Azərbaycan Televiziyasında yayımlan proqram 16 sentyabr 2018-ci ildən etibarən İctimai Televiziyada yayımlanır. Bridge komandası bu layihədə artıq 4 ildir ki, təmsil olunur.