2020-cil il, Bakının mərkəzində butik-otelin açılışı nəzərdə tutulub. Binanın tikintisi ilə "Bridge Group of Companies" məşğul olur.

Otelin binası şəhərin ən qədim parklarından biri olan Xaqani bağının (Molokan bağı) yanında ucaldılacaq. Layihəyə 24 rahat, bütün texniki avadanlıqlar və mebel ilə təmin edilmiş yaşayış nömrəsi daxildir. Bundan əlavə, oteldə dadlı təamları və içkiləri olan restoran da fəaliyyət göstərəcək.