Univerium – yaxşı təchiz olunmuş adi tələbə yataqxanası deyil, 4 korpusdan ibarət yaşayış kompleksidir. Yataqxanada ümumi 664 yataq yeri var. Onlardan 32-si müəllimlər, 632-si isə tələbələr üçün nəzərdə tutulub. Univerium-da tələbələrin nəinki dərs oxuması, həm də səmərəli istirahəti və özünü inkişafı üçün hər bir şərait yaradılmışdır. Burada kitabxana, oxu zalı, idman zalı və istirahət otağı mövcuddur. Hər şeydən əlavə tələbə şəhərciyində 400 nəfərlik tutumu olam yeməkxana da vardır. 


Univerium-un üstünlükləri: 

  • Individual iş masaları 
  • Kimyəvi təmizləmə 
  • Mərkəzi istilik və soyutma sistemi 
  • Kinoteatr və əyləncə zonası 
+994 (12) 404 55 54
+994 (50) 707 55 54
info@univerium.az
37 Bakikhanov str.