Turizm sektorunun ölkəmizin inkişafındakı vacibliyini və yeni layihələrin həyata keçirilməsini nəzərə alaraq biz bu sektorun inkişafına öz töhfəmizi vermək üçün yeni bir müasir hamam və SPA kompleks layihəmizi həyata keçirmək niyyətindəyik. Nəzərdə tutulan hamam layihəsi “Home Bridge” mehmanxanasının yaxınlığında yerləşəcəkdir. Bu layihəni həyata keçirməkdə əsas məqsəd Respublikamızda olan rezident və qeyri-rezident şəxsləri, turistləri ekoloji cəhətdən sağlam şəraitdə yüksək səviyyəli xidmətlə təmin etməkdir.

Hal-hazırki oxşar xidmətlərdən öz konstruktiv diyaznı ilə fərqlənəcək hamam layihəsi, həmçinin, bütün mövsümlər üzrə xidmət növləri ilə həm yerli sakinlər həm də turistlər üçün daha cəlbedici olacaqdır.

Hamam və SPA kompleksi eyni anda 100 qonağa yüksək səviyyədə xidmət göstərmək qabiliyyətinə malikdir.

Layihənin Azərbaycan turizmində xalq hamamı mədəniyyəti ruhunu yenidən oyadacağına tam əminliklə inanırıq.