Bir müddət öncə Univerium layihəsi 2019-cu ilin Beynəlxalq Memarlıq Mükafatına layiq görüldü. Bu mükafatın nominasiyası fəxrdir, amma biz hesab edirik ki, onu bu qədər qısa müddətdə qazanmaq möhtəşəm nailiyyətdir.

İşinə vəfalı yanaşmaq və bitməz-tükənməz kreativ fikirlər – yalnız yataqxananın divarlarında deyil, həmçinin bizi seçən tələbələrdə də öz əksini tapıb.⠀Univerium sadəcə qiymətdə münasib deyil, həm də multifunksionaldır. Hər bir tələbənin nəinki öz şəxsi yeri, həmçinin yerli və xarici tələbərlə ünsiyyət yaratmaq imkanı da var. Beləliklə, yataqxanada dostluq və multikultural əlaqələr yaranır.⠀Bizə bir vaxtlar boş olan planın üzərində işləməyə kömək edən hər kəsə öz dərin minnətdarlığımızı bildirmək istəyirik.


<Geri dön