"SABAH" Futbol klubu "Bank Respublika" ilə əməkdaşliğa başladi

2018-ci il, noyabrın 23-ü ölkənin aparıcı banklarından biri olan “Bank Respublika” ilə “Bridge Group of Companies” tərəfindət təsis olunmuş "Sabah" Futbol Klubu arasında sponsorluq və əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Müqaviləni "Bank Respublika"nın İdarə Heyətinin sədr müavini Elnur Həsənov və “Sabah” FK-nın prezidenti Maqsud Adıgözəlov imzalayıb.

Müqaviləyə əsasən, “Sabah” FK-nın Topaz Premyer Liqasında mübarizə aparan əsas və I Divizionda yarışan əvəzedicilərdən ibarət komandaları 2018/19 mövsümünün qalan müddətində üzərində “Bank Respublika” yazılan formalarda çıxış edəcəklər. Bundan başqa, bank bu müddətdə klubunun ev oyunlarını keçirdiyi “Əlincə Arena”da özünün reklam materiallarının yerləşdirilməsində müstəsna hüquqlara malik olacaq.


<Geri dön