"Sabah" futbol klubu, klubun Müşahidə Şurasının yaradıldığını elan etdi

"Sabah" ın əsas prinsiplərindən biri də klubun sağlam təməl üzərində qurulmasıdır. Müşahidə Şurasının üzvləri də bu istiqamətdə öz dəstəyini əsirgəməyib, məsləhətləri ilə bölüşüblər. Onlar müxtəlif qurumlarla və şirkətlərlə işgüzar münasibətlərin formalaşmasında, eləcə də yeni sponsorlar və investorların cəlb edilməsində mühüm rol oynayacaqlar. Müşahidə Şurasının üzvləri klubun inkişaf strategiyası ilə bağlı fikirlərini bölüşəcəklər.

Beləliklə, "Sabah" FC-nin Müşahidə Şurasının üzvləri:

  • Firudin Qurbanov – Azərbaycan Respublikası təhsil nazirinin müavini
  • Yaqub Hüseynov - sahibkar, "Sabah" FC-nin təsisçisi və "Bridge Group of Companies" - in Müşahidə Şurasının sədri
  • İqor Ponomaryov - Azərbaycan yığmasının sabiq futbolçusu və məşqçisi, 1988-ci ilin Olimpiya çempionu, SSRİ-nin əməkdar idman ustası (1989-cu il)
  • Rəhman Hacıyev - 1news.az xəbər agentliyinin və "Bakinskiy Rabochiy" qəzetinin baş redaktoru
  • Rauf Xəlilov - sahibkar, 2007-ci ildən "ISR Holdinq"in vitse-prezidentidir.

<Geri dön