AZƏRBAYCAN RESPUBLİKASI SİLAHLI QÜVVƏLƏRİNƏ YARDIM FONDUNA İANƏ EDİLDİ

«Bridge» şirkətlər qrupuna daxil olan Bridge Properties və Global Interiors Group (GIG) ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək üçün Silahlı Qüvvələrinə Yardım Fonduna 10 min manat vəsait köçürüb.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə Silahlı Qüvvələrimizin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb.

Hər şey Vətən üçün, hər şey qələbə üçün!


<Geri dön