Sədrin "COVID-19"-la bağlı müraciəti

Əziz komanda,

Covid-19 (corona) pandemiyası, hamımıza təsir edən həqiqətən görünməmiş bir vəziyyət yaratdı. Bu çətin dövrdə bütün işçilərimizlə əlaqə qurmaq və vəziyyətə necə yanaşdığımızı sizə bildirmək istəyirik.

Əksər təşkilatlar kimi, biz də işçilərimizin və onların ailələrinin sağlamlığı və rifahı üçün əlimizdən gələni edirik. Bu, əvvəllərdə əsas hədəfimiz olub və bu günkü günümüzdədə ən vacib meyardır.

Buna görə mümkün qədər sizi EVDƏ qalmağa və uzaqdan işləməyə çağırırıq. Bu gün üçün əsas mesajımız budur.

Əlbəttə ki, iş proseslərinin təhlükəsizliyini və yerinə yetirilməsini təmin etmək üçün mütləq iş yerində olmalı işçilər da var. Vəzifələrini icra etdikləri üçün onlara ayrıca təşəkkürlər!

Daim dəyişən vəziyyət barədə sizə mütəmadi olaraq məlumat veriləcək və eyni zamanda İT şöbəmizdən şirkətin serverinə uzaqdan giriş, telekonferans, İT yardım masası nömrələri və s. kimi rəqəmsal vasitələrdən tam şəkildə necə istifadə etməyinizi izah edən ayrıca bir e-mail alacaqsınız.

Hamınıza can sağlığı arzu edirəm!


Bridge Şirkətlər Qrupunun Müşahidə Şurasının Sədri

Yaqub Hüseynov


<Geri dön